Səudiyyə Ərəbistanı ilə Rusiya arasında silah alqı-satqısına dair 3 milyard dollarlıq müqavilə imzalana bilər


Dünya 05 Okt 2017 11:53:23 352 0

Səudiyyə Ərəbistanı ilə Rusiya arasında silah alqı-satqısına dair 3 milyard dollarlıq müqavilə imzalana bilər

Kral Salman bin Abdel Əziz əl-Səud ölkə tarixində ilk dəfə Moskvaya səfər edib

Səudiyyə Ərəbistanı ilə Rusiya arasında hərbi-texniki sahədə əməkdaşlığa dair 3 milyard dollarlıq müqavilə imzalanacağı gözlənilir. 

“Report” xəbər verir ki, bunu “İnterfax”a hərbi-texniki sahədə işləyən və adının çəkilməsini istəməyən məmur bildirib. 

Onun sözlərinə görə, bununla bağlı tərəflər arasında yüksək səviyyədə danışqlar aparılacaq. Məlumata görə, bir neçə “Trium S-400” zenit-raket kompleksinin tədürükü məsələsi də müzakirə olunacaq.

“Müqvilənin bu gün (oktyabrın 5-də - “Report”) imzalanacağı gözlənilmir. Ancaq Rusiya prezidenti Vladimir Putinlə Səudiyyə Ərəbistanı kralı Salman bin Abdel Əziz əl-Səud arasında keçiriləcək görüşdə lazım razılıq əldə edilərsə, o zaman müqavilənin imzalanması üçün danışıqlar başlaya bilər”, -deyə məmur vurğulayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının kralı Salman bin Abdel Əziz əl-Səud Moskvada səfərdədir. O, ölkə tarixində Rusiyaya səfər edən ilk kraldır.