“Siqnal” idarəsi Səbail rayonundakı şossedə dönmə xəttinin çəkilməsinin səbəbini açıqlayıb - VİDEO


Sosial 05 Okt 2017 11:57:51 435 0

“Siqnal” idarəsi Səbail rayonundakı şossedə dönmə xəttinin çəkilməsinin səbəbini açıqlayıb - VİDEO

Həmin şossedə yol hərəkətinin təhlükəsizliyini təmin etmək üçün sürət həddi 60 km/saat müəyyin edilib

“Bakınını Səbail rayonu ərazisində, Bayıldan Bibiheybət məscidi istiqamətində hərəkət edərkən sola dönmək üçün icazə xətti həmin ərazidə bir sıra idarələrin olması səbəbindən çəkilib”.

Bu barədə “Report”a Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) “Siqnal” İdarəsinin texniki şöbəsinin rəisi Şahin Həsənov bildirib. 

Onun sözlərinə görə sözügedən ərazidə qırıq-qırıq xətlər 2015-ci ildən mövcüddur. Bu ərazidə dönmək Yol hərəkəti təhlükəsizliyi Komissiyasının qərarı ilə təsdiqlənib.

Qeyd edək ki, həmin şossedə yol hərəkətinin təhlükəsizliyini təmin etmək üçün sürət həddi 60 km/saat müəyyin edilib, bundan əlavə orada radar nişanı da qoyulub.