Mahaçqalada partlayıcı qurğu tapıldı,
Dünya 05 Okt 2017 11:47:00 456 0
Rusiyanın Dağıstan Muxtar Respublikasının paytaxtı Mahaçqala şəhərində partlayıcı qurğu aşkarlanıb.
Son.az report-a istinadən xəbər verir ki, bu barədə Dağıstanın hüquq-mühafizə orqanları məlumat yayıb. Şübhəli əşya aşkarlanan küçənin bir hissəsi bağlanıb. Mühəndis istehkamçılar partlayıcı qurğunu zərərsizləşdiriblər. Onun hazırlanması başa çatmayan partlayıcı qurğu olduğu ehtimal edilir.
Mənbə: milli.az