ABŞ-dan olan həmsədr: "Dağlıq Qarabağ münaqişəsi çox mürəkkəbdir"
Siyasət 05 Okt 2017 11:57:53 436 0
Endryu Şofer: "Münaqişənin sülh yolu ilə həllini tapmaq məqsədi ilə digər həmsədrlərlə birlikdə regiona mütəmadi olaraq səfərlər edəcəyik"
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Endryu Şofer Dağlıq Qarabağda jurnalistlərə açıqlamasında deyib.
O, bu səfərinin ATƏT-in Minsk qrupunun həmsədri kimi bölgəyə ilk gəlişi olduğunu qeyd edib. "Münaqişənin sülh yolu ilə həllini tapmaq məqsədi ilə digər həmsədrlərlə birlikdə regiona mütəmadi olaraq səfərlər edəcəyik", - E.Şofer bildirib.
Xatırladaq ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri regiondakı vəziyyətlə tanış olur.
ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın 6-da Yerevanda, oktyabrın 7 -də isə Bakıda rəsmi görüşlər keçirəcəklər. Diplomatların Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın dövlət başçısı Serj Sarqsyanın görüşünün gündəliyini müzakirə edəcəyi gözlənilir.