Azərbaycan Rumıniyada keçirilən “İpək yolu” sammitində iştirak edir


İqtisadiyyat 05 Okt 2017 11:32:03 548 0

Azərbaycan Rumıniyada keçirilən “İpək yolu” sammitində iştirak edir

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadovun rəhbərlik etdiyi nümayəndə heyəti Buxarestdədir

Bu gün Rumıniyanin Konstantsa şəhərində “İpək yolu” sammiti işə başlayır.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, sammitdə Azərbaycanı “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (BBDTL) baş direktoru Taleh Ziyadovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Konstantsa limanı – sərnişin terminalında keçirilən sammiti Rumıniyanın nəqliyyat naziri Razvan Kuk açacağı gözlənilir. Açılış mərasimindən sonra BBDTL və Konstantsa Limanı (Dəniz Limanları Milli Administrasiyası) arasında əmıkdaşlıq protokolu imzalanacaq. Azərbaycan tərəfdən sənədi Taleh Ziyadov, Rumıniya tərəfdən isə Konstantsa limanının baş direktoru Dan Nikolae Tivililchi imzalayacaq.

Qeyd edək ki, Konstantsa limanı Administrasiyası, Konstansta Limanı biznes dairələri və Rumıniya İpək Yolu Asossiasiyasının birgə təşkilatçılığı ilə keçirilən sammitdə 12 ölkədən 200-dək nümayəndə iştirak edir. Bura Rumıniyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, beynəlxalq daşıyıcılar asossiasiysının üzvləri və iş adamları daxildir.

İki gün davam edəcək sammitdə “İpək yolu” və bu marşurut üzrə nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etidrilməsi və bu xətt üzrə yüklərin daşınması məsələləri müzakirə olunacaq.