“Bank VTB (Azerbaijan)” və “Nikoil Bank” bankomat şəbəkəsi üzrə tərəfdaş olub


İqtisadiyyat 05 Okt 2017 10:52:50 443 0

“Bank VTB (Azerbaijan)” və “Nikoil Bank” bankomat şəbəkəsi üzrə tərəfdaş olub

Bu iki bankın kart sahibləri qarşılıqlı şəkildə bankomatlardan əlavə komissiyasız nağd vəsait çıxara bilərlər

“Bank VTB (Azerbaijan)” və “ Nikoil Bank” ASC-lər arasında bankomat şəbəkələrinin birgə istifadəsinə dair tərəfdaşlıq müqaviləsi imzalanıb.

“Report”un banklara istinadən verdiyi xəbərə görə, razılaşmaya əsasən, “Bank VTB (Azerbaijan)” və “Nikoil Bank”ın kart sahibləri bu iki bankın bankomatlarından qarşılıqlı şəkildə əlavə komissiyasız nağd vəsait çıxara bilərlər.

Bundan başqa, bu bankların müştərilərinin hər iki şəbəkənin bankomatlarının təklif etdiyi digər xidmətlərdən, o cümlədən “Cash by Code” xidmətindən istifadə edərək vəsaitin köçürülməsi, “Card to Card”, "3D Secure" parolunun alınması, eləcə də kart üzrə əməliyyatlar barədə SMS-xəbərdarlıq xidmətlərindən istifadəsi mümkün olub.

Qeyd edək ki, beləliklə “Bank VTB (Azerbaijan)”ın kart sahibləri ölkə daxilində əlavə komissiyasız nağd vəsaiti "Nikoil Bnak", “Accessbank” və “PAŞA Bank”ın, həmçinin “Poçt Bank” (Rusiya), "VTB Gürcüstan", "VTB Ukrayna", "VTB Qazaxıstan", "VTB Belarus"un bankomatlarından çıxara bilərlər.