Prezident İlham Əliyev Şərq Tərəfdaşlığının Brüsseldə keçiriləcək sammitində iştirak edəcək


Siyasət 05 Okt 2017 11:07:10 512 0

Prezident İlham Əliyev Şərq Tərəfdaşlığının Brüsseldə keçiriləcək sammitində iştirak edəcək

Azərbaycan Prezidenti: “Həmin mühüm toplantını kənara qoymaq üçün əsas yoxdur”

 “Mən Şərq Tərəfdaşlığı Sammitində iştirak üçün dəvətə görə minnətdaram. Mən bu dəvəti prezident Tuskdan fevral ayında aldım və bildirdim ki, birmənalı olaraq, Zirvə görüşündə iştirak edəcəyəm”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 4-də Avropa İttifaqı Şurasının Siyasi və təhlükəsizlik komitəsinin sədri Valter Stevensin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, iclasda iştirak etmək çox vacibdir: “Azərbaycan lap əvvəldən “Şərq Tərəfdaşlığı” proqramına dəstək verdi. Mən şəxsən Şərq Tərəfdaşlığının ilk Sammitində olmuşam və bütün həmin sammitlərdə iştirak etmişəm, sonuncunu istisna etməklə. Orada olmamağımın da səbəbini yəqin ki, bilirsiniz. İndi isə həmin mühüm toplantını kənara qoymaq üçün əsas yoxdur”.

Qeyd edək ki, Şərq Tərəfdaşlığının beşinci sammiti noyabrın 24-də Brüsseldə keçiriləcək.