ABŞ-ın Minsk qrupundakı həmsədri Dağlıq Qarabağa gəlib


Siyasət 05 Okt 2017 09:34:58 473 0

ABŞ-ın Minsk qrupundakı həmsədri Dağlıq Qarabağa gəlib

Amerikalı diplomat bölgədəki vəziyyətlə tanış olub

ABŞ-ın ATƏT-in Minsk qrupundakı yeni həmsədri Andrü Şofer Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, Xankəndində separatçı rejimin başçısı Bako Saakyanla görüşüb.

Amerikalı həmsədr bölgədəki vəziyyətlə tanış olub.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın 6-da Yerevanda, oktyabrın 7 -də isə Bakıda rəsmi görüşəcəklər. Diplomatların Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın dövlət başçısı Serj Sarqsyanın görüşünün gündəliyini müzakirə edəcəyi gözlənilir.