Lənkəran və Astarada evləri su basdı:


Digərləri 05 Okt 2017 10:20:00 364 0

Lənkəran və Astarada evləri su basdı:

Son günlər yağan intensiv yağışlar nəticəsində Lənkəran və Astara rayonlarının bəzi ərazilərində fərdi yaşayış evləri və həyətyanı sahələr yağış suları ilə dolub.

Son.az FHN-ə istinadən xəbər verir ki, Lənkəran və Astara çaylarında suyun səviyyəsi artıb.

Bildirilir ki, yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Cənub Regional Mərkəzinin canlı qüvvə və texnikası yağıntı suları ilə dolmuş ərazilərə xilasetmə işlərini davam etdirir.