Bakıda MDB ölkələrində terrorizm və ekstremizmə qarşı mübarizə məsələlərinin müzakirə olunduğu iclas başlayıb


Siyasət 05 Okt 2017 10:24:55 432 0

Bakıda MDB ölkələrində terrorizm və ekstremizmə qarşı mübarizə məsələlərinin müzakirə olunduğu iclas başlayıb

Məsləhətləşmənin məqsədi MDB dövlətlərinin xüsusi xidmət orqanlarının əməkdaşlığının daha da möhkəmləndirilməsidir

Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) Anti-terror Mərkəzləri nəzdində Elmi Məsləhət Şurasının geniş plenar iclası və MDB dövlətlərinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının terrorizm və ekstremizmin digər zorakı təzahürləri ilə mübarizə üzrə bölmələrinin nümayəndələrinin VII regional ekspert məsləhətləşməsi keçirilir.

“Report”un xəbərinə görə, məsləhətləşmənin məqsədi MDB dövlətlərinin xüsusi xidmət orqanlarının əməkdaşlığının daha da möhkəmləndirilməsidir.

Tədbirdə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini İsmayıl Bağırov və digər rəsmilər iştirak edirlər.