Mahaçqalada partlayıcı qurğu aşkarlanıb, küçə bağlanıb


Dünya 05 Okt 2017 10:38:15 353 0

Mahaçqalada partlayıcı qurğu aşkarlanıb, küçə bağlanıb

Sapyorlar partlayıcı qurğunun zərərsizləşdiriblər

Rusiyanın Dağıstan Muxtar Respublikasının paytaxtı Mahaçqala şəhərində partlayıcı qurğu aşkarlanıb. 

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Dağıstanın hüquq-mühafizə orqanları məlumat yayıb.

Şübhəli əşya aşkarlanan küçənin bir hissəsi bağlanıb. Sapyorlar partlayıcı qurğunu zərərsizləşdiriblər. Onun hazırlanması başa çatmayan partlayıcı qurğu olduğu ehtimal edilir.