Pike: "Kataloniyanın müstəqilliyinə tərəfdar olanlar belə İspaniya yığmasında oynaya bilər"


İdman 04 Okt 2017 18:00:00 415 0

Pike: "Kataloniyanın müstəqilliyinə tərəfdar olanlar belə İspaniya yığmasında oynaya bilər"

"Barcelona" və İspaniya millisinin müdafiəçisi Jerar Pike mətbuat konfransı keçirib. Goal.az xəbər verir ki, futbolçu Kataloniyanın müstəqilliyini dəstəkləməsi ilə bağlı sualları cavablandırıb.

"Məşqçi məndən məsələni aydınlaşdırmağı istədi. İspaniya millisinə bacardığım qədər kömək etməyə çalışıram. Ramosla aramızda konflikt yaşanması barədə xəbər yalandır. Bir-birimizlə yaxşı yola gedirik. Kataloniyanın müstəqilliyinə tərəfdar olanlar belə İspaniya yığmasında oynaya bilər. Kataloniya millisi yoxdursa, başqa seçim də yoxdur. Heç vaxt özümü konkret bir şeyin tərəfdarı kimi təqdim etməmişəm. Dediyim tək şey odur ki, insanların öz müqəddaratını həll etmək hüququ olmalıdır. İctimai fiquram və bu barədə danışa bilərəm. Biz gərgin siyasi vəziyyətdəyik. Yeganə çıxış yolu dialoqdur. Kataloniya müstəqil olsa, hansı millidə oynardım? Bunun haqqında düşünməmişəm. Müstəqilliyə necə reaksiya verməyimin fərqi var? Şəxsi fikrim olsa da, qərarı mən vermirəm. İnsanlar anlamalıdır ki, öz mövqeyimi müdafiə edirəm. Onlar başqa cür hesab edirsə, fikirlərinə hörmətlə yanaşıram. İndi istədiyim tək şey cümə günü yaxşı oynamaqdır. Fikrimcə, əsas prioritet budur. Milli komanda yoldaşlarıma təzyiqin olması əhvalımı pozdu. Mətbuatın önünə çıxmağımda səbəb budur. Masa arxasında əyləşib danışıqlar aparmaq lazımdır. Tək siyasətçilərə yox, bütün xalqa".