"Juventus" rəsmisi cəzalandırıldı


İdman 04 Okt 2017 18:19:00 365 0

"Juventus" rəsmisi cəzalandırıldı

"Juventus"un idman direktoru Fabio Paratiçi İtaliya Futbol Federasiyası tərəfindən cəzalandırlıb. Goal.az xəbər verir ki, klub rəsmisi A Seriyasının 7-ci turunda "Atalanta" ilə matçdan (2:2) sonra videoassitenti tənqid etdiyinə görə diskvalifikasiya olunub. Belə ki, referi Antonio Damata Mandzukiçin vurduğu qolu videoassitentin işarəsindən sonra qeydə almamışdı. Paratiçi 2 həftə stadiona buraxılmayacaq və 20 min avro cərimə ödəməli olacaq.