Stoyçikov: "İspaniya hökuməti rüsvay oldu"


İdman 04 Okt 2017 18:45:00 398 0

Stoyçikov: "İspaniya hökuməti rüsvay oldu"

"Barcelona"nın sabiq futbolçusu Xristo Stoyçikov Kataloniyanın müstəqillik qazanmasına tərəfdardır. Goal.az xəbər verir ki, bolqarıstanlı mütəxəsis İspaniya baş nazirinin müavini Soraya Saens de Santamaria tərəfindən katalonlara nümayiş etdirilən münasibətə etiraz edib.

"Onun babası, atası və özü frankizmə (İspaniya faşizmi) tərəfdardır. O, sadəcə istefa verib getməlidir. Günahsız insanları dəyənəklə vurmaq üçün onların üstünə polis göndərmək olmaz. İspaniya hökuməti rüsvay oldu. Buna görə dünyadan təcrid olunmaqla öz cəzasını alacaq.

1992-ci ildə "Wembley" stadionuna Kataloniya bayrağı ilə çıxmışdım. İndi hakimiyyətdə olanlar bunun nə olduğunu bilmirlər. Amma tezliklə anlayacaqlar".