UEFA "Spartak"a qarşı iş açdı


İdman 04 Okt 2017 19:25:00 426 0

UEFA "Spartak"a qarşı iş açdı

UEFA Rusiyanın “Spartak” klubuna qarşı intizam işi açıb. Goal.az xəbər verir ki, Moskva təmsilçisi Çempionlar Liqasının II turu çərçivəsində “Liverpool”la ev oyunu zamanı intizam reqlamentinin 3 bəndini pozmaqda ittiham olunur. Bununla bağlı UEFA İntizam Komitəsinin oktyabrın 19-da keçiriləcək iclasında qərar çıxarılacaq.

Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan oyunun ilk hissəsində “Spartak” azarkeşləri üzərində “UEFA - Mafiya” banneri açmaqla bərabər, fişəng yandırıblar. Həmçinin UEFA Gənclər Liqasında bu kollektivlər arasında baş tutan görüşdə “Liverpool”un hücumçusu Bobbi Adekanye irqçi şüarlarla üzləşib.