DÇ-2018-in seçmə mərhələsində IX tura start verilir


İdman 05 Okt 2017 10:26:00 419 0

DÇ-2018-in seçmə mərhələsində IX tura start verilir

Bu gün futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsində Avropa zonası üzrə IX tura start veriləcək.

İlk oyun günündə C, E və F qruplarında yer alan kollektivlər üz-üzə gələcəklər.

Azərbaycan yığması cari tsikldə son ev oyununu Çexiya millisinə qarşı keçirəcəyi halda, C qrupunun lideri olan Almaniya komandası Şimali İrlandiyada qələbə seriyasını davam etdirməyə çalışacaq. Norveçliləri isə autsayder San Marino kollektivi ilə duel gözləyir.

E qrupunun mərkəzi görüşü Monteneqroda olacaq. Bu ölkənin yığması özü ilə eyni 16 xala malik Danimarka millisini qəbul edəcək. F qrupunda baş tutacaq Şotlandiya – Slovakiya oyunu da gərgin mübarizə vəd edir.

2018-ci il dünya çempionatının seçmə mərhələsi

IX tur

5 oktyabr

C qrupu

20:00. Azərbaycan – Çexiya

22:45. Şimali İrlandiya – Almaniya

22:45. San Marino - Norveç

Xal durumu: Almaniya - 24, Şimali İrlandiya - 19, Azərbaycan - 10, Çexiya - 9, Norveç - 7, San Marino - 0.

E qrupu

20:00. Ermənistan – Polşa

22:45. Monteneqro - Danimarka

22:45. Rumıniya - Qazaxıstan

Xal durumu: Polşa - 19, Monteneqro, Danimarka - 16, Rumıniya - 9, Ermənistan - 6, Qazaxıstan - 2.

F qrupu

22:45. İngiltərə - Sloveniya

22:45. Şotlandiya – Slovakiya

22:45. Malta - Litva

Xal durumu: İngiltərə - 20, Slovakiya - 15, Sloveniya, Şotlandiya - 14, Litva - 5, Malta - 0.