"Cerrardın yaxşı mütəxəsis olmaq imkanı var"


İdman 04 Okt 2017 15:31:00 462 0

"Cerrardın yaxşı mütəxəsis olmaq imkanı var"

Karyerasını ötən mövsüm başa vuran Xabi Alonso sabiq komanda yoldaşı Stiven Cerrardın "Liverpool"un U-19 komandasına baş məşqçi kimi faydalı olacağına inanır. Goal.az xəbər verir ki, 5 il "qırmızılar"ın şərəfini qorumuş eks futbolçu bunları deyib:

"Mən Cerrardın məşqçilik karyerasında atdığı addımları diqqətlə izləyirəm. Onun yaxşı mütəxəsis olmaq və bir zaman "Liverpool"un əsas komandasında işləmək üçün yaxşı şansı var. Stivin dərin futbol bilgisi gənclərə kömək edəcək. Amma hər yaxşı futbolçu güclü məşqçi olmaya da bilir".