Erməni hərbçi əsgər yoldaşını güllələdi


Dünya 04 Okt 2017 14:27:00 354 0

Erməni hərbçi əsgər yoldaşını güllələdi

Ermənistan ordusunda daha bir qanlı insident baş verib.

Son.az report-a istinadən xəbər verir ki, nəticədə Ermənistandan zorla Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə xidmətə gətirilən ermənistanlı hərbi qulluqçu yaralanıb. Belə ki, Xocavənd rayonu ərazisində yerləşən işğalçı ordunun postlarından birində şəxsi heyət arasında baş verən dava zamanı post başçısı, əslən Ermənistanın Dilican rayonundan olan, 1998-ci il təvəllüdlü Seyran Sarkisyan, əslən Qarabağ ermənisi olan xidmət yoldaşı tərəfindən açılan atəşlə başından yaralanıb. 

S.Sarkisyan hospitala aparılarkən yolda keçinib. Faktla baglı araşdırma aparmaq üçün qondarma ordunun vəzifəli şəxsləri əraziyə gəliblər. Ermənistan Müdafiə Nazirliyi tərəfindən insidentin əsl səbəbi gizlədilərək, hadisənin guya qarşı tərəfin atəşi nəticəsində baş verdiyi bildirilib.