Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlandı


Dünya 04 Okt 2017 14:27:36 462 0

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlandı

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb. 

Son.az report-a istinadən xəbər verir ki, Jak Dyuboşe (İsveçrə), Yoahim Frank (ABŞ) və Riçard Hederson (Britaniya) yüksək molekulyar biomolekulların strukturunu təyin etmək üçün krioelektron mikroskopun hazırlanmasına görə bu mükafata layiq görülüblər.

Qeyd edək ki, bu il tibb və fiziologiya sahəsində Nobel mükafatı Cefferi Holl, Maykl Rosbaş və Maykl Yanqa verilib. Onların üçü də ABŞ-da anadan olub və yerli universitetlərdə işləyir. Alimlər insan orqanizmində "molekulyar saat mexanizminin dövriyyəsi"ni kəşf ediblər.