Akif Çovdarov: "İttihamları qəbul etmirəm" YENİLƏNİB


Digərləri 04 Okt 2017 14:40:00 340 0

Akif Çovdarov: "İttihamları qəbul etmirəm"  YENİLƏNİB

14:40

Akif Çovdarov məhkəmədə "əgər dövlətim və hakim məni cəzalandırarsa, mən bunu xidmətimin davamı kimi qiymətləndirəcəyəm" deyib". 

Son.az report-a istinadən xəbər verir ki, bunu ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun vəkili Şahin Rəfiyev bildirib.

Onun sözlərinə görə, A.Çovdarov prosesdə söyləyib ki, həmişə prezidentə və dövlətinə sadiqdir: "Hətta indi də sadiqəm".

Hazırda proses davam etdirilir.

----------

13:54

"Mənim ölkədə xidmətlərim olub. MTN-də işlədiyim vaxtlardan mənə qarşı qərəzli münasibət göstərilib. Mən ölkəm üçün, vətənim üçün xidmət aparmışam".

Son.az report-a istinadən xəbər verir ki, bunu Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov deyib. 

O, ittihamların hamısının qərəzli olduğunu, ona görə də qəbul etmədiyini söyləyib. 

Hazırda məhkəmədə fasilə elan olunub.