İki holland əsgər öldü Müdafiə naziri istefa verdi


Dünya 04 Okt 2017 15:16:00 409 0

İki holland əsgər öldü  Müdafiə naziri istefa verdi

BMT qüvvələrinin tərkibində Malidə xidmət edən iki hollandiyalı əsgər həyatını itirib.

Son.az yenicag.az-a istinadən xəbər verir ki, Hollandiyanın müdafiə naziri Jeanine Hennis bu məsələdə siyasi məsuliyyət daşıdığını əsas gətirərək istefa verib.

2016-cı ilin iyul ayında Kidal qəsəbəsində həyata keçirilən əməliyyat zamanı 60 millimetrlik mina partlayıb, nəticədə iki əsgər həyatını itirib, biri isə ağır yaralanıb. Hollandiya Təhlükəsizlik Araşdırma Şurasının hazırladığı hesabatda bildirilib ki, qəzanın baş verməsinə səbəb təhlükəsizlik sahəsindəki boşluqlar olub.