Ronaldodan xəstə uşaqlar üçün növbəti jest


İdman 04 Okt 2017 12:28:00 394 0

Ronaldodan xəstə uşaqlar üçün növbəti jest

“Real”ın ulduz futbolçusu Kriştiano Ronaldo növbəti dəfə xeyirxah addımı ilə gündəmə gəlib.

Goal.az xəbər verir ki, portuqaliyalı ölümcül xəstəliklərlə mübarizə aparan uşaqlara yardım məqsədi ilə 2013-cü ildə qazandığı “Qızıl top”u hərraca çıxarıb. 

“Make-A-Wish” adlı yardım təşkilatının təşkil etdiyi gecə “Ballon d’Or”u İsrailli milyoner İdan Ofer 600 min avroya alıb.