Buskets: "Fikrimcə, uzun illər millinin şərəfini qoruyacam"


İdman 04 Okt 2017 13:02:00 400 0

Buskets: "Fikrimcə, uzun illər millinin şərəfini qoruyacam"

Kataloniyanın müstəqillik əldə etməsi "Barcelona"nın Primeradan kənarlaşdırılması ilə yanaşı, katalon futbolçuların İspaniya millisindən xaric olunması ilə də nəticələnə bilər. Goal.az xəbər verir ki, Buskets mövzu ilə bağlı bunları deyib:

"Fikrimcə, uzun illər millinin şərəfini qoruyacam. Baş verən hadisələrlə əlaqədar olaraq milli karyeramın ən çətin dönəmini keçirirəm. Pike ilə bağlı durumu qaydasına salmaq çətin olacaq. Bununla əlaqədar heç bir toplantı olmayıb. Bilmirəm, Ramos və Pike məsələni öz aralarında müzakirə edib, yoxsa yox. Amma vəziyyət qeyri-adidir. Pike isə dəyişməyib. Ramos milli komanda üçün vacib oyunçudur. Kapitan kimi biə nümunə göstərir və lazım olanda köməyimizə gəlir".