Xərçəng müalicəsində sağlam orqan qorunacaq


Digərləri 03 Okt 2017 21:15:00 381 0

Xərçəng müalicəsində sağlam orqan qorunacaq

Dövrün xəstəliyi xərçəng müalicəsi üçün yeni texnikalar tibb dünyasına ümid verir.

Son.az deyerler.org-a istinadən bildirir ki,  PET/CT texnologiyası ilə xərçəngli hüceyrələrin yerini təyin edərək xəstəliyin hansı mərhələdə olduğunu və müalicəyə cavab verib vermədiyinin göstərilə bildiyini mütəxəssislər mövzu barəsində geniş məlumat verdi: "Daha qısa müddətdə və daha az radioaktiv maddə istifadə edilərək görüntülənmə əldə edilə bilir. Bu da xəstənin daha az radiasiya alması və radioterapiyanın planlaşdırılmasında sağlam orqanların qorunması mənasını verir".   İstifadə edilməyə başlayan "IQ PET/CT" cihazı sayəsində kiçik yaraları daha erkən vaxtda aşkar etməklə yanaşı, ikinci xərçəngin meydana gəlmə riskini ən aşağı endirir.   Daha az radiasiyanın verilməsi sayəsində 15-20 il sonra ortaya çıxa biləcək ikincil xərçəngin meydana gəlməsi riskinin ən aşağı endirildiyini ifadə edən mütəxəssislər bu sayədə sinə, ağciyər, prostat xərçəngləri, qastrointestinal və baş-boyun şişlərinə qarşı yüksək müvəffəqiyyətli müalicə almağın mümkün olduğunu dedilər.