Gəncədə yük maşını minik avtomobili ilə toqquşub, xəsarət alanlar var


Sosial 03 Okt 2017 20:55:52 478 0

Gəncədə yük maşını minik avtomobili ilə toqquşub, xəsarət alanlar var

Faktla bağlı araşdırma aparılır

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin aeroport yolunda baş verib. 

Belə ki, hərəkətdə olan "Volvo" yük maşını qarşı tərəfdən gələn "Mercedes-Berns" markalı avtomobillə toqquşub. Nəticədə minik maşınında olan 2 nəfər yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.