Türkiyə kosmik stansiya tikməyi planlaşdırır
Dünya 03 Okt 2017 21:29:31 407 0
Qanun layihəsi artıq Türkiyə parlamentinin müzakirəsinə göndərilib
Türkiyə kosmik stansiyanın tikintisi haqqında qərar qəbul edib.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Bineli Yıldırım deyib.
"Kosmik stansiyanın tikintisi haqqında qanun layihəsi artıq Türkiyə parlamentinin müzakirəsinə göndərilib", - deyə baş nazir Eksişehir vilayətində vertolyotlar üçün detalların və ehtiyat hissələrinin istehsalı üzrə zavodun açılış mərasimində bildirib.
Onun sözlərinə görə, bu qərar əhalinin rifahı üçün, kosmik və aviasiya texnologiyaları və təbii ehtiyatlardan istifadə edilməsi hesabına ölkədə inkişafı və təhlükəsizliyi təmin etmək məqsədi ilə qəbul edilib.
Mənbə: report.az