Tramp Puerto-Rikoya gedib


Dünya 03 Okt 2017 21:57:51 462 0

Tramp Puerto-Rikoya gedib

Məqsəd "Mariya" qasırğasının adaya vurduğu zərəri qiymətləndirməkdir

ABŞ prezidenti Donald Tramp Puerto-Rikoya səfər edib.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Məlumatda qeyd olunur ki, səfərdə məqsəd "Mariya" qasırğasının adaya vurduğu zərəri qiymətləndirməkdir.

"Prezident Tramp qasırğanın nəticələrinə şəxsən baxmaq, zərərçəkənlərlə görmək üçün Puerto-Rikoya gəlib", - deyə agentlik yazır.