İraq ölkənin şimalındakı 4 banka xarici valyuta satışını dayandırıb


Dünya 03 Okt 2017 19:15:33 438 0

İraq ölkənin şimalındakı 4 banka xarici valyuta satışını dayandırıb

Bu addım ölkənin şimalındakı yerli muxtariyyətin sentyabrın 25-də "müstəqillik haqqında referendum" keçirməsi ilə bağlıdır

İraq hökuməti ölkənin şimalındakı yerli muxtariyyətə məxsus 4 banka dollar və digər xarici valyutaların satışını dayandırıb. 

"Report" "Haber7"yə istinadən xəbər verir ki, rəsmi Bağdad bu addımı İraqın şimalındakı yerli muxtariyyətin mərkəzi hakimiyyətin və dünya dövlətlərinin çağırışlarına məhəl qoymayaraq sentyabrın 25-də "müstəqillik haqqında referendum" keçirdiyinə görə atıb.