Səudiyyə Ərəbistanında tələbələrə universitet ərazisinə cib telefonu gətirməyə icazə verilib


Dünya 03 Okt 2017 20:24:40 449 0

Səudiyyə Ərəbistanında tələbələrə universitet ərazisinə cib telefonu gətirməyə icazə verilib

Ali təhsil sahəsində islahatlar bununla bitməyib

Səudiyyə Ərəbistanında tələbələrə universitetlərin ərazisinə cib telefonu ilə daxil omağa icazə verilib.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının maarif naziri Əhməd əl-İsa bu qadağanı ləğv edib.

İnformasiyaya əsasən, valideynlərin bu qərara etiraz etmələri səbəbindən nazir belə bir qadağanı aradan götürüb.

Nazir bildirib ki, tələbələr yetərincə məsuliyyətlidir və onlara etmad göstərmək olar: “Bəzi ailələrin vəziyyəti də bunu tələb edir. Tələbələrin çoxu ailəsi ilə davamlı olaraq əlaqə saxlayır ”.

Məlumata görə, ali təhsil sahəsində islahatlar bununla bitməyib. Belə ki, saat 11-dək dərsləri başa çatan tələbələr universitet ərazisini tərk etmək üçün valideynlərindən icazə almalı idilər. Ancaq indi bu icazəyə ehtiyac olmayacaq. Onlar dərslər başa çatan kimi, universitet ərazisini tərk edə bilərlər.