Azərbaycanlı aktrisa ayağını yandırdı FOTO


Şou-biznes 03 Okt 2017 18:25:00 529 0

Azərbaycanlı aktrisa ayağını yandırdı  FOTO

Gənc Tamaşaçılar teatrının aktrisası Səbinə Məmmədzadənin başına iş gəlib.

O bu haqda Son.az-a danışıb

"Evdə olanda özüm-özümə həmişə qulluq edirəm. Yenə də adəti üzrə səhər tezdən özümə kofe düzəltmək istədim. Qaynar çaynikdən fincana su süzəndə ayağıma dağıtdım, ciddi yanıq xəsarəti aldım. Elə yerində mənə tibbi yardım edildi. Ayağımda hələ də yanıq izləri qalıb. Məcburiyyətdən bu cür həm tamaşada oynadım, həm də çəkilişə getdim. Mənim ayağımı görənlər bildilər ki, nə əzab çəkirəm. Mən uşaqlıqdan bu cür hadisələrə öyrəncəliyəm. Xırda uğurum və ya işlərimdə irəliləyiş olan kimi mənə nəsə olur. Baxmayaraq ki, heç kimə indiyə qədər pislik etməmişəm. Amma yenə də yəqin ki, məni sevməyənlər var. O gün də telefon dayandığım yerdə əlimdə partladı. Bəzən fikirləşirəm ki, öz enerjim özümü partladır (gülür). Mənə elə gəlir ki, enerjim həddindən artıq çoxalır. Bir saatın içində özüm haqda yaxşı yaxud pis ssenarilər yazıram, güzgüdə məşq edirəm. Bəzən hansısa pis niyyətim mənim başıma oyun gətirir. Bir sözlə öz düşmənim özüməm", - deyə aktrisa bildirib.


Xəbərə aid fotolar