"Real"ın müdafiəçisi vergidən yayınmaqda ittiham olunur


İdman 03 Okt 2017 18:34:00 478 0

"Real"ın müdafiəçisi vergidən yayınmaqda ittiham olunur

İspaniya vergi orqanlarının növbəti hədəfi "Real Madrid"in müdafiəçisi Marselodur. Goal.az xəbər verir ki, braziliyalı futbolçu 400 min avro vergidən yayınmaqda ittiham olunur. Marselonun 2013-cü ildə qayda pozuntusuna yol verdiyi qeyd olunur. "Sambaçı" 2 il öncə analoji problemlə üzləşmişdi. Həmin vaxt iş böyümədən bağlanmışdı. Hazırda zədəli olan futbolçunun 3 həftə sonra meydana dönməsi gözlənilir.