"Anderlecht"in yeni baş məşqçisi müəyyənləşib


İdman 03 Okt 2017 19:00:00 407 0

"Anderlecht"in yeni baş məşqçisi müəyyənləşib

"Anderlecht"in yeni baş məşqçisi açıqlanıb. Goal.az xəbər verir ki, 53 yaşlı Heyn Vanhazebruk komandanın sükanı arxasına keçib. O, bu postda Rene Vayleri əvəzləyib. Vanhazebruk son 3 ildə "Gent"də işləyib. Onun rəhbərliyi altında klub 2014/15 mövsümündə Belçika çempionu olub. "Gent" 2015-ci ildə Belçika Superkubokunun da qalibi olub.

"Anderlecht" hazırda Belçika çempionatında 7-ci yerdədir.