Vladimir Putin Dağıstan başçısının vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb


Dünya 03 Okt 2017 17:57:31 439 0

Vladimir Putin Dağıstan başçısının vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb

Onun yerinə müvəqqəti olaraq Dövlət Duması sədrinin müavini təyin olunub

Rusiya prezidenti Vladimir Putin Dağıstanın başçısı Ramazan Abdulatipovun vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Onun yerinə Rusiya Dövlət Duması sədrinin müavini Vladimir Vasilyev müvəqqəti olaraq başçı təyin edilib.