Kataloniyada ümumi tətil elan edilib


Dünya 03 Okt 2017 17:57:44 465 1

Kataloniyada ümumi tətil elan edilib

Etirazçılar Kataloniyada əsas yolları bağlayırlar

Kataloniyadakı həmkarlar ittifaqları oktybarın 1-də regionun müstəqilliyi haqqında keçirilən "referendum" zamanı bu prosesdə iştirak etmək istəyənlərlə polis arasında baş vermiş kütləvi qarşıdurmalara etiraz olaraq ümumi tətil elan edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, etirazçılar Kataloniyada əsas yolları bağlayırlar və bu, böyük tıxaclara səbəb olub.

Barselonanın ən böyük topdansatış ərzaq bazarı olan "Merkabarna"da fəaliyyət göstərən, təxminən, 770 şirkət işini dayandırıb.

Həmkarlar İttifaqlarından Barselona dəniz limanının da fəaliyyətini dayandırdığı bildirilib.

Etiraz aksiyalarında "Barselona" klubunun futbolçuları, eləcə də universitet və muzeylərin əməkdaşları iştirak edir.

Qeyd edək ki, rəsmi Madrid daha əvvəl referendumun ölkə konstitusiyasına uyğun olmadığını açıqlayıb.