Cəlal Təlabani vəfat etdi


Dünya 03 Okt 2017 17:45:00 444 0

Cəlal Təlabani vəfat etdi

İraqın keçmiş prezidenti, Kürdüstan Vətənpərvərlər İttifaqının lideri Cəlal Təlabani vəfat edib.

Son.az APA-ya istinadən xəbər verir ki, C. Təlabani müalicə olunduğu Berlində dünyasını dəyişib.   1933-cü il təvəllüdlü C. Təlabani 2005-2014-cü illərdə İraqın prezidenti olub. Onun səhhəti 2012-ci ilin dekabrında pisləşib. Almaniyaya aparılan siyasətçi orada 579 gün müalicə olunduqdan sonra 2014-cü ilin iyulunda İraqa dönüb. Son günlər səhhəti krtik həddə çatan C. Təlabani komaya düşmüşdü.