Şəhid atası Abdulatipovun yerinə gətirilir? FOTO


Dünya 03 Okt 2017 17:59:00 383 0

Şəhid atası Abdulatipovun yerinə gətirilir?  FOTO

Dağıstanda yaşayan azərbaycanlıları nə gözləyir?

Ramazan Abdulatipovun istefaya göndərilməsindən sonra Dağıstanın yeni rəhbərinin kim olacağı ilə bağlı müzakirələr aparılır.

Son.az femida.az-a istinadən xəbər verir ki, artıq bu posta əsas namizədin adı açıqlanıb. Rusiya Qafqaz Xalqları Konqresinin həmsədri Ruslan Qurbanov bildirib ki, bu posta Rusiya Milli Qvardiyasının direktor müavini Sergey Məlikov təyin edilə bilər. Qeyd edək ki, Ramazan Abdulatipov hakimiyyətdə olduğu dövrlərdə Dağıstan-Azərbaycan əlaqələri yaxşı səviyyədə olub. Dağıstanın Azərbaycan üçün mühüm bölgə olduğunu nəzərə alsaq, oraya Abdulatipovdan sonrakı dövrdə kimin rəhbərlik etməsinin ölkəmiz üçün də əhəmiyyəti böyükdür.  Dağıstana rəhbər gətirələcəyi deyilən Sergey Məlikov kimdir? Sergey Məlikov 1965-ci il sentyabrın 12-də hərbçi ailəsində anadan olub. Milliyətcə ləzgidir.1986-cı ildə Saratov Ali Hərbi Məktəbini kəşfiyyatçı ixtisası üzrə bitirib. İlk işinə 1986- cı ildə Ukrayna və Moldovada başlayıb. O 1991- ci ilə qədər SSRİ Daxili İşlər Nazirliyinin Ukrayna və Moldova üzrə axtarış briqadasında yüksək vəzifədə çalışıb.  S.Məlikov vəzifədə çalışdığı illərdə hərbi təhsilini də davam etdirib. 1994-cü ildə Frunze adına hərbi akademiyanın sərhəd və daxili qoşunları fakültəsini bitirib. Bundan sonra o Rusiya Daxili İşlər Nazirliyinin Şimali Qafqaz üzrə daxili qoşunlarına göndərilib. 1994-1995-ci ildə Qərərgah rəisinin köməkçisi, daha sonra diviziyanın batalyon komandiri vəzifəsində işləyib.  S. Məlikov ixtisasca kəşfiyyatçıdır. Yalnız 1995-ci ildən etibarən kəşfiyyat bölüyündə böyük zabit kimi xidmətə başlayıb. Artıq 1996-cı ildə o Qərərgah rəisinin əməliyyat bölməsinin komandirinin köməkçisi vəzifəsini daşıyırdı.  Sergey Məlikov bir zabit kimi I Çeçen müharibəsində formalaşıb. 1994- 1996-cı illərdə müharibədə fəal iştirakına görə qırmızı beretka taxmaq hüququnu əldə edir.  1997-ci ildə S. Məlikov Rusiya Daxili İşlər Nazirliyinin daxili qoşunlarının əməliyyat bölməsinin II alayın komandiri vəzifəsinə qədər yüksəlir. 2001-ci ildə bölmə komandiri müavini, 2002-ci ildə isə komandir vəzifəsinə təyin olunur.  S. Məlikov daha bir hərbi təhsilini 2011-ci ildə alır. O həmin ildə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Hərbi Akademiyasını bitirir.  Bundan sonra o daha yüksək vəzifələrə irəli çəkilir. 2014-cü ilin mayında Rusiya Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini olur.  Putinin "adamı"... S. Məlikov xidməti illərində fərqləndiyi üçün tezliklə ölkə prezidenti V.Putin tərəfindən mükafatlandırılır. 2014-ci ilin mayında o Vladimir Putinin Şimali Qafqaz Federal Dairəsində səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunur. O həmçinin Rusiya Federasiyasının Təhlükəsizlik Şurasına daxil edilib. Elə həmin ildə general-leytenant rütbəsinə qədər yüksəlib. Putin S.Məlikova general-polkovnik rütbəsini 2016-cı ildə verib.  General-polkovnik Sergey Məlikovun ailə üzvlərinin demək olar ki, hamısı hərbçidir.  Atası Alim Məlikov polkovnik rütbəsinə qədər yüksəlib. 2012- ci ildə vəfat edib. Qardaşı Mixail Məlikov isə Daxili Qoşunlarda general-mayor rütbəsi daşıyır. Arvadı Qalinova da hərbi həkimdir. Onların tanışlığının maraqlı tarixçəsi var. Sergey Məlikov gələcək həyat yoldaşı Qalina xanımla Frunze adına akademiyada təhsil alarkən tanış olur. Onların bir-birinə məhəbbəti getdikcə güclənirdi. Baxmayaraq ki, Qalina xanım bir dəfə ərdə olmuşdu. Həmin nikahdan da Dmitriy adlı bir oğlu var idi. İlk vaxtlarda Sergey Məlikov bundan xəbərsiz idi. O, sonradan bu haqda eşitdikdə qərar vermək üçün düşünməli idi. Sonda o Qalina ilə evliliyə razılıq verdi və Dmitrini də oğlu kimi qəbul etdi. Dmitrinin atası Aleksandr Serkov da da hərbçi olmuşdu. O Əfqanıstan müharibəsində göstərdiyi qəhrəmanlığa görə "Qırmızı Ulduz" ordeni ilə də təltif edilmişdi. Onun hərbçi ailəsindən olması Sergey Məlikovun çox xoşuna gəlirdi. Dmitriyə doğma övladı kimi yanaşırdı.  Amma bu ailənin xoşbəxtliyi o qədər də uzun çəkməyib. Dmitriy 2007-ci ildə avqustun 2-də Karabudajken yaxınlığında meşədə keçirilən əməliyyat zamanı həlak olur. Həmin döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Dmitriy Serkov Rusiyanın Qəhrəmanı adına layiq görülüb. Bu hadisə ailəni çox sarsıdır. Buna baxmayaraq hərbçi ailəsi hələ yaxşı günlərin qarşıda olduğuna inanırlar.  Əvvəldə də qeyd etdiyimiz kimi Abdulatipovun rəhbərliyi dövründə azərbaycanlılar digər xalqlarla əmin-amanlıq içərisində yaşayıb. Eyni zamanda da Dağıstanın ictimai-siyasi həyatında mühüm rol oynayıb. Hakimiyyət yeniləndikdən sonra soydaşlarımıza qarşı münasibətdə dəyişikliyin olmayacağına ümid edirik.


Xəbərə aid fotolar