"Hər kəsə qarşı mən belə deyiləm" Sevda Yahyayeva VİDEO FOTO


Şou-biznes 03 Okt 2017 16:13:00 532 0

"Hər kəsə qarşı mən belə deyiləm"  Sevda Yahyayeva  VİDEO  FOTO

"ARB Ulduz"un "Şou-məkan" proqramının növbəti qonağı müğənni Sevda Yahyayeva olub. Son.az bildirir ki, qatıldığı məclislərin birində yeni imici, xüsusən, saç düzümü ilə bəzilərinin ağız büzməsinə, bəzilərinin isə alnının qırışının açılmasına səbəb olan sənətçi, istirahətdən geri qayıdan kimi işinin başına dönüb: "Uzun illər idi ki, saçlarım açıq rəngdə idi. Birdən-birə rəngini dəyişməyə çəkinirdim. Götür-qoy etdim. Zəng vurdum dostum Anar Ağakişiyevə. Dedim, Anar, saçlarımı dəyişmək istəyirəm. Dedi ki, gəl saçlarını havalı və tünd edək. Fikirləşmədim ki, bu, mənə yaraşar, ya yox. Anar çox istedadlıdır və mən ona hər zaman inanmışam. Belə bir dəyişiklik etdi. Özümün də xoşuma gəldi". Sevda daha sonra yeni imicinə olan reaksiyalardan söz açıb:  "Bəyənənlər də oldu, bəyənməyənlər də. Birdən-birə saçlarımın rəngini dəyişmək mənə bir qədər qəribə gəlirdi. Əsas odur ki, dəyişiklik yaxşı oldu. Mən özümü yaxşı görürəm, yaxşı hiss edirəm bu saçlarda. Düzdür, saçlara qulluq etmək bir qədər çətindir, daramaq olmur. Onun xüsusi darağı var. Amma yenə də olsun. Mən öhdəsindən gəlirəm". Ötən mövsüm yorğunluqdan şikayətlənən sənətçi bu dəfə tətilindən ağız dolusu söz açıb: "Antalyaya getdim. İki il idi ki, istirahət etmirdim. O qədər yorulmuşdum ki. Bu, mənə yaxşı gəldi. 15 gün istirahət etdim. Yaxşı enerji yığdım. İşlərimə qaldığım yerdəm davam edəcəm". Tətildən sonra işlərinin başına keçən müğənni yeniliklərindən də danışıb pərəstişkarlarını sevindirdi: "Yeni mahnım var. Yəqin ki, 2-3 həftəyə təqdim edəcəm. Faiq Sücəddinovun bəstəsidir. Sözləri Nuriyyə xanıma aiddir. Adı isə belədir: "Sən ola-ola". Lirika deyil, orta templi bir mahnıdır. Fikirləşirəm ki, bu mahnını kliplə bərabər təqdim edim". Sevda öz həmkarlarının hamısı ilə yaxşı münasibətdə olsa da, ətrafında dost dediyi insanların çox az olduğunu etiraf edib: "Bəlkə də, bürcümdən irəli gəlir. Oğlaq bürcünün adamları bir qədər qapalı olurlar. Əlbəttə ki, mənim də dostlarım var. Ancaq çox deyil. Uzun illərə söykənən dostlarım var, mən onlarla, necəyəmsə, elə davranıram. Ancaq hər kəsə qarşı mən belə deyiləm. Səni çox sevən, sənin həqiqi dostların çox olmur. Mən şadam ki, ətrafımda məni istəyən adamlar var. Buna görə çox sevinirəm". Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.


Xəbərə aid foto