"Onu heç bir kişi deməz" Manaf canlı yayımda özündən çıxdı


Digərləri 03 Okt 2017 16:20:00 394 0

"Onu heç bir kişi deməz"  Manaf canlı yayımda özündən çıxdı

"Lider" telekanalında "Bu bizik" verilişinin qonağı olan Manaf Ağayev bu yaxınlarda söylədiyi "Azərbaycan şou-biznesində 10 nəfər kişi yoxdur" ifadəsinin yanlış anlaşıldığını bildirib.

Manaf Ağayev: Azərbaycan şou-biznesində 10 nəfər kişi yoxdur

Son.az xəbər verir ki, Manaf verilişdə fikirlərinin təhrif edildiyini bu sözlərlə bildirib: "İzzət Bağırov dindar, yaxşı oğlandır. Mənə şou-biznesdən 10 kişi göstərin ki, biri gedib onunla maraqlanıb. Mən "Azərbaycan şou-biznesində 10 nəfər kişi yoxdur" kəlməsini necə işlədə bilərəm ki, Manafın məclisində şou-biznes orada idi. Kişi çağırmamışdım ki, mən?! Bu düzgün deyil axı. Cavanşirin adın çəkmişdim verilişdə, onu verməmişdilər. Necə yəni, şou-biznesdə neçə ildir fəaliyyət göstəririk. Mənim məgər 10 dostum yoxdur?! Heç olmasa da onu heç bir kişi deməz".