23 ildir vəzifədə olan mer istefa verir?


Dünya 03 Okt 2017 16:24:00 417 0

23 ildir vəzifədə olan mer istefa verir?

Ankara şəhərinin meri İbrahim Melih Gökçek istefa verə bilər.

Son.az Trend-ə istinadən xəbər verir ki, M.Gökçekin istefasını hakim Ədalət və İnkişaf Partiyası (AKP) tələb edib.

Bu addımın səbəbləri barədə məlumat verilmir.

Qeyd edək ki, bu məsələ barədə danışıan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan M.Gökçekin istefasının istisna olmadığını deyib.

Bir müddət əvvəl Türkiyə prezidenti partiyanın bir sıra üzvlərinin istefa verməsini tələb etmişdi. Bu, AKP-də gözlənilən bir sıra islahatlarla bağlı olub.