SOCAR bu il qazma işlərini 20% artırıb
İqtisadiyyat 03 Okt 2017 16:25:17 535 0
SOCAR üzrə 103 625 metr qazma işi görülüb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 103 625 metr qazma işi görülüb.
“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, bunun da 96 250 metri istismara, 7 375 metri isə kəşfiyyata aid olub.
Bu ilin 9 ayında SOCAR-ın həyata keçirdiyi qazma işlərinin həcmi ötən ilin müvafiq dövründən 19,7% çox olub.
Hesabat dövründə SOCAR tərəfindən görülən qazma işlərinin 9 979 metri sentyabrda həyata keçirilib.Bu sahədə görülmüş işlərin 9 042 metri istismara, 937 metri isə kəşfiyyata aid olub.
Ötən ay qazmadan alınmış 4, il ərzində isə 56 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.
Mənbə: report.az