Qaret Beylin Uelsdə 4 illik hegemonluğuna son qoyuldu


İdman 03 Okt 2017 16:25:00 532 0

Qaret Beylin Uelsdə 4 illik hegemonluğuna son qoyuldu

Uelsdə 2017-ci ilin ən yaxşı futbolçusu seçilib. Goal.az xəbər verir ki, İngiltərənin Championship divizionunda çıxış edən "Reading"in müdafiəçisi Kris Qanter bu mükafata layiq görülüb. O, Qaret Beylin bu nominasiyada 4 illik hegemonluğuna son qoyub. Azarkeşlərin versiyasında isə "Stoke City"nin yarımmüdafiəçisi Co Allen hər kəsi qabaqlayıb.

Uels Futbol Assosasiyasının mükafatları:

İlin futbolçusu: Kris Qanter

Ən yaxşı gənc futbolçu: Ben Vudbörn

Media versiyasında: Devid Edvards