Zlatanera və ya velosiped oğurluğu ilə başlayan karyera...


İdman 03 Okt 2017 16:42:00 529 0

Zlatanera və ya velosiped oğurluğu ilə başlayan karyera...

İnsanlar normalda səssiz, sakit tipləri sevər və onlara yaxın olmağa üstünlük verərlər. Özünü güclü hesab edənlər isə ətrafına zəifləri yığıb onlara liderlik edərlər. Başqa bir tip insanlar da var. Onlar hər an partlayacaq bomba kimi olurlar. Ətrafındakılarının güclü və yaz zəiflər olmasının onlar üçün heç bir fərqi yoxdur. Çünki, özlərinin zirvədə olduqlarını bilirlər. Bu insanlar istedadlıdırlar, bunu bilir, buna görə yaşayır, yeriyir və danışırlar. Belə insanlardan biri də futbol dünyasının ən maraqlı adlarından olan Zlatan İbrahimoviçdir.

Goal.az xəbər verir ki, İsveç millisinin sabiq üzvü, hazırda "Manchester United"in heyətində çıxış edən İbra oyunu ilə yanaşı eqolu davranışı, özündənrazılığı, həmkarlarına atmacaları ilə həmişə diqqət mərkəzində olub. 36 yaşını qeyd edən futbolçunu öz sözləri ilə ifadə etsək, yaxşı şərab kimidir, yaşı artıqca nəinki eniş, əksinə inkişaf edir.

"Heç kim mənim bu yerlərə gəlib çatacağımı, uğur qazanacağımı ehtimal etmirdi. Hamı haqqımda boş-boş danışırdı. Məni böyük ağzı olan biri kimi tanıyırdılar. Bilmirlərdi ki, bu uşağın gələcəyi onların xəyal etməyəcəyi qədər böyük olacaq. Uşaqlıqdan arzuladığım, istədiyim yerdəyim. Ən böyük qazancım həmin insanları susturmaq olub"...


Zlatanın ailəsi yeni həyat üçün Bosniyadan İsveçə köç edir. 1981-ci ilin 3 oktyabrında Zlatan Malmödə dünyaya gəlir. Bir müddət sonra valideynləri ayrılır və o, 13 yaşına qədər anası ilə qalır. Zlatanın anası xəstəxanada xadiməçi işləyərək övladlarını böyüdüb. Evlərində həmişə gərgin vəziyyət olub. Zlatan həmin günləri belə xatırlayır. Biz süfrəyə oturarkən "həyatım, günün necə keçdi?, "duzu uzada bilərsən?", "riyaziyyata bir az daha çox məşğul olsan yaxşı olar" kimi söhbətlər etmirdik. Anam çox vaxt işdən evə yorğun gəlir, bizə yemək hazırlamaq üçün mətbəxə keçirdi. Ən kiçik bir səs belə əsəblərinə toxunurdu. Bir-birimizi boğacaq kimi olurduq"...

İbrahimoviç atasını həmişə güclü insan kimi xatırlayır. Gecə qarovulçusu işləyən atası Şefik tək yaşayırdı. İki həftədən bir bacısı Sanela ilə balaca qardaşı Keke atasının yanına gedir, onunla qalıdrdılar. Evdəki səs-küydən bezən Zlatan da 14 yaşında birdəfəlik atasının yanına köçür.

Atası içki aludəçisi olan İbra uşaqlığından bəri açıqsözlü olduğunu xatırlayır: "Bəzən məktəbdən evə gələndə soyuducuda ancaq içki şüşələri tapırdım. Atama içkini tərgitməsini çox söylədim. Heç kim onunla belə danışmağa cəsarət etməzdi. Ancaq mənim itirəcək bir şeyim yox idi. Həm də atam bizə heç vaxt əl qaldırmamışdı". 

Atası ilə yaşamağa başlayandan qısa müddət sonra "Malmo FF" akademiyasında futbola başlayır. Yeniyetmə komandasına seçiləndə yaşadığı Rosengarddan Malmonun mərkəzinə getmək üçün velosipeddən başqa yolu yox idi. Beləliklə də Zlatan velosiped oğurlamağa başlayır. Əvvəllər əylənmək üçün marketdən oğurladığı şirniyyat və şokoladların əvəzinə indi bir az da böyümüş, daha böyük şeylər oğurlamağa başlamışdı. Məşqlərə oğurladığı velosipedlərlə gedirdi. Hətta bir dəfə məşqçisinin velosipedini qaçırmışdı. Qıfılları qırmaqda usta hesab etmək olardı. 

İbrahimoviçin "Malmo"da işləri yaxşı getmirdi. Komanda yoldaşlarının valideynləri davamlı olaraq onun təkbaşına oynamasından narazılıq edirdilər. Haqsız da sayılmazdılar. Zlatan oyunda ancaq özünü düşünür, komanda yoldaşlarına neqtiv enerji verirdi. Ancaq tanrı vergisi olan istedadı sayəsində klub rəhbərliyi Zlatana dözürdü. 

1999-cu ildə klubun A komandasına yüksəlir. Həmin il komandası ikinci liqaya düşür, Zlatanın gözəl oyunu sayəsində növbəti il yenidən Liqaya qayıdır. 

Oyun tərzi skandiviyalı futbolçulara heç oxşamırdı. 1,95 sm boyu ilə cəld və sürətli manevrlər edirdi. İsveç millisinin sabiq üzvü həmin günləri belə xatırlayır: "Uşaqkən boş vaxtlarımda internetdə futbol hərəkətlərini izləyir, sonra da məhəllədə həmin hərəkətləri dəqiq yerinə yetirənədək çalışırdım. İdealım fenomen Ronaldo idi. Sırf o da ordaydı deyə, "İnter"ə transfer olmuşdum deyə bilərəm. Özümü isveçlilərin yanında rahat hiss etmirdim. Cənubi amerikalılar mənə daha yaxın gəlirdi. Oyunuma da təsir edən başlıca amil, bəlkə də elə bu amil idi"...

"Malmo"dakı 1,5 ildə çox klubun diqqətini çəkmişdi. Ancaq meneceri yox idi və tarnsfer görüşmələrinin necə olduğuna dair ən kiçik təsəvvürü belə yox idi. Klub onu "Arsenal"a gətirdi. Venger "bizimlə məşq etməlisən" deyəndə rahatlıqla "mənə ayaqqabı gətirin" demişdi. Ancaq "Malmo" "Arsenal"ın təklifini qəbul etməmişdi. 

"Malmö" yeni mövsümə hazırlıq üçün İspaniya sahillərində bir düşərgəyə getdi. "Ajax"ın əfsanəsi Leo Benhakker Zlatanı görən kimi almağa qərar verdi. Zlatan 8,7 milyon avro ilə "Ajax"ın ən bahalı transferi, "Malmö"nün də ən baha qiymətə satdığı futbolçu kimi tarixə düşdü. 

Hər 2 klub transferdən mənfəətli çıxsa da, İbrahimoviç üçün bunu demək olmazdı: "Klubdan zəng vurub otelə gəlib müqavilə bağlamağımı istədilər. İçimdəki hisləri izah edə bilmərəm. "Ferrari"me minib otelə getdim. Əynimdəki idman geyimi ilə otağa daxil olanda məni kostyum geyinmiş şəxslər qarşıladı. Təklif olunan maaş indikindən 5 dəfə çox idi. Həmin vaxt çox görünsə də, sonradan aldandığımı anladım". 

Amsterdama gələn İbrahimoviç klubun ona verdiyi avansa "Mersedes" alır. Özünə isə pul saxlamır. İsveç tarixinin ən bahalı transferinin evində yeməyə yavan çörəyi belə yox idi. Komandaya yeni transfer olunan Maksvelə zəng edərək "qalacaq yerin və yeməyin varmı? burda rəsmən sürünürəm" deyir. Yeni mövsümə qədər dostu ilə qalır və yerdə yatır. 

Yeni mövsüm İbranın istədiyi kimi başlamaz. İlk sezonda 10 qola imza atar. Həmin vaxt Hollandiya futbolunun gənc ulduz Rafael Van Der Vartla ulduzu heç cür