Fizika üzrə Nobel mükafatı amerikalı alimlərə verildi
Dünya 03 Okt 2017 14:51:11 811 0
Fizika üzrə Nobel mükafatı amerikalı Kip Torn, Rayner Vayss və Harri Berrişə verilib.
Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə İsveç Kral Elmlər Akademiyasının yaydığı məlumatda deyilir. Adıçəkilən alimlər eksperiment yolu ilə qravitasiya dalğalarının aşkarlanmasına kömək edən lazer-interferometrik dalğa-qravitasiya rəsədxanasını yaradıblar. Nobel mükafatlarının təqdimatı mərasimi ənənəvi olaraq dekabrın 10-da Stokholmda keçiriləcək. Hər mükafatın məbləği 1 milyon dollardır.
Mənbə: milli.az