Kəşmir əməliyyatı - Ölü və yaralılar var, aeroport işini dayandırdı


Digərləri 03 Okt 2017 12:11:02 495 0

Kəşmir əməliyyatı - Ölü və yaralılar var, aeroport işini dayandırdı

Kəşmirdə dörd intiharçı terrorçunun sərhəd qoşunlarının düşərgəsinə hücumu nəticəsində bir hərbçi həlak olub

Bakı. Kəşmirdə dörd intiharçı terrorçunun sərhəd qoşunlarının düşərgəsinə hücumu nəticəsində bir hərbçi həlak olub. Trend-in məlumatına görə, hücumdan dərhal sonra terrorçulara qarşı əməliyyat başlayıb. Səkkiz saat davam edən əməliyyat zamanı 3 terrorçu zərərsizləşdirilib. Atışmalar zamanı 3 hərbçi yaralanıb. Hadisə ilə əlaqədar Srinaqar şəhərinin hava limanı 5 saat müddətinə işini dayandırmalı olub.