BDU və Çexiyanın Karlova Universiteti əməkdaşlıq əlaqələrinin 45 illiyini qeyd edib
Digərləri 03 Okt 2017 14:39:00 680 0
Bakı Dövlət Universiteti və Çexiyanın Karlova Universiteti arasında dostluq və əməkdaşlıq əlaqələrinin 45 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Bakı.
Bakı Dövlət Universiteti (BDU) və Çexiyanın Karlova Universiteti arasında dostluq və əməkdaşlıq əlaqələrinin 45 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
BDU-dan Trend-ə verilən məlumata görə, rektor, akademik Abel Məhərrəmov bildirib ki, 1972-ci ildə BDU və Karlova Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında müqavilə hər iki ali təhsil ocağı üçün səmərəli olub, təhsil və elmimizə fayda gətirib. Ötən illər ərzində 500-dən çox professor-müəllim və tələbə mübadilədə iştirak edib, elmi əlaqələrin möhkəmlənməsinə xidmət göstəriblər.
Rektorun sözlərinə görə, artıq bir müddətdir ki, Karlova Universitetindən gəlmiş 10 nəfər müəllim və tələbə ölkəmizin təbiətini, flora və faunasını öyrənmək üçün Gəncə, Qazax, Lənkəran və Naxçıvanda olublar.
Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka Bakı Dövlət Universiteti və Karlova Universiteti arasındakı əlaqələri yüksək qiymətləndirib. Çexiyalı tələbələr və alimlərin BDU-nun Qubadakı Tədris-təcrübə və istirahət mərkəzində maraqlı tədqiqatlar apardığını bildirib, onlara yaradılan şəraitdən razı qaldıqlarını diqqətə çatdırıb.
Karlova Universitetinin professoru Daniel Frinta BDU ilə 30 illik əlaqəsindən danışıb və BDU-nun onun üçün doğma məkan olduğunu bildirib.
Tədbir universitetlərarası əlaqələrin 45 illik şərəfli tarixinə həsr olunmuş sərgiyə baxışla yekunlaşıb.
Mənbə: az.trend.az
Digərləri
"Əməliyyatdan sonra ölən azərbaycanlı modelin həkimi HƏBS OLUNUB"
"Lider" telekanalında Tolikin aparıcısı olduğu "Bu bizik&quo

Kriminal
Bakıda “parnik”də xeyli narkotik əkiblər
Bakıda istixanada narkotik tərkibli bitki yetişdirilməsi faktının üstü a

Digərləri
Rauf Mirqədirovun şikayəti təmin edilmədi
Ali Məhkəmədə jurnalist Rauf Mirqədirovun barəsində olan hökmdən veril

Digərləri
“Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!
“Nar”-ın ənənəvi olaraq dəstək verdiyi “Brain Ring” intellektual b

Digərləri
SON DƏQİQƏ! Bakıda yol çökdü, avtomobillərin hərəkəti iflic oldu (FOTO)
Bakının Yasamal rayonunda yol çöküb.

Digərləri
Azərbaycanda dağlıq ərazidə köməksiz qalan əcnəbilər 911-ə zəng etdilər
Azərbaycanda dağlıq ərazidə avtomobildə köməksiz qalan əcnəbilər axta

Digərləri
PAŞA Sığortadan KASKO əldə edənə avtomobil üçün uşaq oturacağı hədiyyə
PAŞA Sığorta şirkəti kampaniyaya start verir.

Digərləri
Kəşmir əməliyyatı - Ölü və yaralılar var, aeroport işini dayandırdı
Kəşmirdə dörd intiharçı terrorçunun sərhəd qoşunlarının düşərgəs

Digərləri
Sabah gözlənilən hava şəraiti açıqlanıb
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

Digərləri
BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib
Bu gün Bakı Dövlət Universitetində "Fizikaya müasir baxış” ("Modern T

Sosial
Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə o
