Stansiyada bıçaqlanaraq öldürülən qohum qızların FOTOsu yayıldı
Dünya 03 Okt 2017 13:56:57 566 0
Qatilin qızları bıçaqlamazdan bir gün öncə azadlığa çıxdığı və 8 ədəd saxta kimlikdən istifadə etdiyi dəqiqləşib
Bazar günü Fransanın Marsilya şəhərində bıçaqlanaraq öldürülən qızların şəkilləri yayılıb. Qızların adı Mauranne və Lauradır.
Son.az Britaniya mediasına istinadla xəbər verir ki, onları bıçaqlayan şəxsin kimliyi hələ müəyyən edilməyib. . Qatil qızları bıçaqladıqdan sonra polislər tərəfindən öldürülüb.
Hazırda qatilin telefonundan onun kimliyi dəqiqləşdirilir.
Qeyd edək ki, bazar günü Marsilya şəhərindəkı stansiyada qızların bıçaqlanması ilə bağlı İŞİD məsuliyyəti öz üzərinə götürüb.
Mənbə: milli.az