Rusiya bankının Ukraynadakı şöbəsində yanğın olub - VİDEO


Dünya 03 Okt 2017 13:45:58 561 0

Rusiya bankının Ukraynadakı şöbəsində yanğın olub - VİDEO

Binaya və oradakı mebellərə, avadanlığa ziyan dəyib

Rusiya “Sberbank”ının Ukraynanın Lvov şəhərindəki şöbəsinin binasında yanğın olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğın nəticəsində heç kim xəsarət almayıb, binaya və oradakı mebellərə, avadanlığa ziyan dəyib.

Hadisənin səbəbi araşdırılır.

Qeyd edək ki, “Sberbank” Ukraynanın kommersiya bankıdır. Bu maliyyə təşkilatı Rusiya “Sberbank”ının 100 faizli “törəməsi”dir və “Sberbank” Beynəlxalq Qrupuna daxildir.