"Pikenin İspaniya millisinə sədaqəti şübhə altına alına bilməz"


İdman 03 Okt 2017 11:49:00 100 0

"Pikenin İspaniya millisinə sədaqəti şübhə altına alına bilməz"

İspaniya millisinin ötən gün baş tutan məşqi 23 dəqiqə sonra dayandırılıb. Buna səbəb məşqi izləyən azarkeşlərin Jerar Pikeni arasılkəsilmədən təhqir etməsi olub. Pike Kataloniyanın müstəqillik qazanmasına dəstək verməsi ilə tanınır.

Goal.az xəbər verir ki, komandanın baş məşqçisi Xulen Lopeteqi azarkeşlərin "Barcelona"nın müdafiəçisinə qarşı narazılığı barədə bunları qeyd edib:

"Pike yaxşı hazırlaşır, millidə oynamaq üçün motivasiyası var. Onun fikirlərini təhlil etmirik. Pikenin İspaniya millisinə sədaqəti şübhə altına alına bilməz. Məhz buna görə yığmaya dəvət alıb. İndi hər kəs qəzəbini soyudub bu mövzuya bir daha qayıtmamalıdır. Hazırlıqlı olan futbolçunu milliyə hansı səbəbə dəvət etməməliyəm? İrəli qaçmaq lazım deyil, mən sadəcə futbol məşqçisi kimi qalmaq istəyirəm. Pikenin nə edib etmədiyini araşdırmayacam. Öz fikrim var, amma səsləndirmirəm. Vəzifəm futbolçuları millinin oyunlarına hazırlamaqdır. Bu cür məsələlər komandanın lehinə işləmir.

Pike komandada sevilir. Millidə pis ab-hava hiss etmirəm. Hər hansı problemlər yaransa, onların həll olunmasına çalışacam".

BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib like
  • 20 Apr 13:40  
Digərləri BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetində "Fizikaya müasir baxış” ("Modern T

arrow Ətraflı
Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi like
  • 05 Okt 13:00  
Sosial Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə o

arrow Ətraflı