Dövlət Agentliyinin direktoru: Peşə təhsili ölkədə prioritet sahə elan edilib


Digərləri 03 Okt 2017 14:08:00 41 0

Dövlət Agentliyinin direktoru: Peşə təhsili ölkədə prioritet sahə elan edilib

Peşə təhsili ölkədə iqtisadiyyatın və əmək bazarının dəyişən tələblərinə cavab vermək üçün prioritet sahə elan edilib.

Bakı. Peşə təhsili ölkədə iqtisadiyyatın və əmək bazarının dəyişən tələblərinə cavab vermək üçün prioritet sahə elan edilib. Trend-in məlumatına görə, bunu Avropa İttifaqı, Avropa Təlim Fondu və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı ilə “Peşə təhsili və təlimində dövlət-özəl əməkdaşlığı və Avropa İttifaqının Azərbaycanda Təhsilə Dəstək Proqramı-Peşə təhsili mərkəzlərinin müasirləşdirilməsi üçün Fəaliyyət Qrantları" mövzusunda keçirilən seminarda Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı ilə birgə əməkdaşlıq peşə təhsili sahəsinin inkişafına təkan verəcək. F.Mustafayev deyib ki, Gəncə, Cəlilabad, Bərdə, İsmayıllı, Qax və Qəbələdə keyfiyyətli infrastruktur, mühəndis-pedaqoji heyətin cəlb edildiyi müasir tipli peşə təhsili müəssisələrinin formalaşmasına zəmin yaradacaq. O, əlavə edib ki, ölkədə peşə təhsili və təliminə dair strateji yol xəritəsinin qəbul edilməsi bu sahəyə 2020-ci ilə kimi strateji baxış, 2025-ci ilə kimi uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış olmaqla müasir tələblərə cavab verən və ölkənin reallıqlarına uyğun peşə təhsilinin qurulmasını özündə əks etdirir: “İslahatlların uğurlu icrasını təmin etmək, işəgötürənlərin peşə təhsilinə inteqrasiyasını sürətləndirmək məqsədilə maraqlı tərəflərin bu işə cəlb edilməsi, onların öhdəlik və maraqlarının müəyyən edilməsi üzrə məsləhətləşmələr çərçivəsində ölkədə ilk dəfə peşə təhsili haqqında qanun layihəsinin ilkin versiyası Milli məclisin elm və təhsil komitəsində hazılanıb. Bakı, Gəncə və Qəbələ şəhərlərində yerləşən ilk peşə təhsili müəssisələrinin rasionallaşdırılması, dövlət peşə təhsil mərkəzlərinin yaradılması, işgötürənlərlə sıx əlaqələrin qurulması, məzmunun müasirləşdirilməsi və əmək bazarının tələblərinə uyğun olaraq, formalaşdırılması və digər məsələlər bu sahədə son illərdə həyata keçirilən islahatların bir hissəsidir. Bu işlər məzunların məşğulluğunun təmin edilməsi üçün geniş imkanlar yaradır".
Rauf Mirqədirovun şikayəti təmin edilmədi like
  • 03 Okt 13:50  
Digərləri Rauf Mirqədirovun şikayəti təmin edilmədi

Ali Məhkəmədə jurnalist Rauf Mirqədirovun barəsində olan hökmdən veril

arrow Ətraflı
“Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan! like
  • 03 Okt 12:45  
Digərləri “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

“Nar”-ın ənənəvi olaraq dəstək verdiyi “Brain Ring” intellektual b

arrow Ətraflı
Azərbaycanda dağlıq ərazidə köməksiz qalan əcnəbilər 911-ə zəng etdilər like
  • 03 Okt 12:34  
Digərləri Azərbaycanda dağlıq ərazidə köməksiz qalan əcnəbilər 911-ə zəng etdilər

Azərbaycanda dağlıq ərazidə avtomobildə köməksiz qalan əcnəbilər axta

arrow Ətraflı
Kəşmir əməliyyatı - Ölü və yaralılar var, aeroport işini dayandırdı like
  • 03 Okt 12:11  
Digərləri Kəşmir əməliyyatı - Ölü və yaralılar var, aeroport işini dayandırdı

Kəşmirdə dörd intiharçı terrorçunun sərhəd qoşunlarının düşərgəs

arrow Ətraflı
Sabah gözlənilən hava şəraiti açıqlanıb like
  • 03 Okt 12:03  
Digərləri Sabah gözlənilən hava şəraiti açıqlanıb

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

arrow Ətraflı
BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib like
  • 20 Apr 13:40  
Digərləri BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetində "Fizikaya müasir baxış” ("Modern T

arrow Ətraflı
Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi like
  • 05 Okt 13:00  
Sosial Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə o

arrow Ətraflı