Gənc müğənni Çinarə təhdid olundu: "Səni öldürəcəm"


Dünya 03 Okt 2017 10:52:00 556 0

Gənc müğənni Çinarə təhdid olundu: "Səni öldürəcəm"

Türkmənistanlı müğənni Çinarə evinin önünə qədər gələrək onu ölümlə təhdid edən pərəstişkarından şikayət edib.

Son.az Sabah-a istinadən xəbər verir ki, hələ 3 yaşında Türkmənistan prezidenti tərəfindən "Ən kiçik sənətçi" adını alan və professional musiqi həyatına Türkiyədə davam etmək haqda qərar verən gənc müğənni Çinarə keçən ay "Kandıramazsın" adlı albom da çıxarıb.

25 yaşlı Çinarə İstanbul Çağlayan Adliyesinə gedib onu təqib edərək ölümlə təhdid edən heyranından şikayət edib. Gənc müğənni yaşadığı ünvana gələrək həmin şəxsin onu ölümlə təhdid edərək təhqir etdiyi deyib. Binanın təhlükəsizlik kamerasındakı görüntüləri dəlil olaraq göstərən müğənni qorxudan ünvanını dəyişdiyini deyib. Müğənni şübhəlinin "Binanın çıxışında səni gözləyirəm. Öldürəcəm" dediyini iddia edib. Olayla bağlı istintaq başlayıb.